Azərbaycan qaz ixracatını artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 1 038 426,88 min ABŞ dolları dəyərində 5 461 155,75 min kubmetr təbii qaz ixrac edib. SİA xəbər verir ki, Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabat əsasında apardığı hesablamalarına görə, bu ilin beş ayı ərzində Azərbaycanın ixrac etdiyi təbii qazın dəyəri 2019-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 19,14%, həcmi isə 11,38% çoxdur.

Xatırladaq ki, ötən il Azərbaycan 2 366 833,7 min ABŞ dolları dəyərində (57,9% artım) 12 537 405,17 min kubmetr (58,7% artım) təbii qaz ixrac edib.

Bütün xəbərlər Facebook səhifəmizdə