Hərarəti ölçən, tənəffüs və öskürək sayını ölçən ağıllı maska istehsal edilib. SİA xəbər verir ki, uzunmüddət istifadə edilələ biləcək ağıllı maska hər 8 saatdan bir istifadə edildikdən sonra xüsusi qutusunda Ultrabənövşəyi şüalarla 15 dəqiqə ərzində dezinfeksiya edilə bilər.
Belə ki, bu ağıllı maska Türkiyədə istehsal edilib. Maskanın üzərində indikator yerləşdirilib və bu təkcə xəstəyə deyil onun ətrafındakı insanlara da xəstə haqqında məlumat verir. Əgər şəxs koronavirus əlamətləri göstərirsə bu zaman indikatordakı yaşıl işıq qırmızı ilə əvəz olunur. Bu halda mobil tətbiq vasitəsilə müəyyən edilmiş şəxslərə və qurumlara dərhal bildiriş göndərilir.
Ağıllı maskanın bütün xüsusiyyətləri haqqında "Coronity Health Technologies" şirkətinin baş direktoru Mehmet İmrak məlumat verib. Belə ki, məlumatlar maskanın mobil tətbiqi ilə izlənilə bilər:
"Bu gün istifadə olunan maskaların heç biri yanaşı fəaliyyət göstərməyə imkan vermir, lakin, bununla da yanaşı çalışırıq. İlk olaraq, may ayının 19-da sifariş qəbulunu açıq elan etdik. 3 gün ərzində 9 ölkədən tələb tələb gəldi. Çox ağır bir tələblə qarşılaşdıq".
Məlumatda deyilir ki, ağıllı maskanın qiyməti 499 türk lirəsi kimi, yəni, 124 AZN civarında təyin olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB