Millət vəkili Vahid Əhmədov: “Azad iqtisadi zonaların yaradılması gecikir” - AÇIQLAMA
"Azad iqtisadi zonalar haqqında qanun qəbul edilsə də, indiyə kimi onlar yaradılmayıb". Bu sözləri Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov SİA-ya açıqlamasında deyib. O bildirib ki, qanun qəbul olunsa da, icrası ilə bağlı göstərişlər olsa da hələ ki, konkret addımlar görünmür.
Millət vəkilinin verdiyi məlumata görə, yaxın vaxtlarda Qaradağ rayonunda belə bir zona yaradılmalıdır: "Azad iqtisadi zonalar haqqında qanunun icrası ilə bağlı İqtisadi İnkişaf Nazirliyi məşğul olur. Mənim aldığım məlumata görə, Qaradağ rayonunda belə bir zona yaradılmalıdır. Amma bununla bağlı konkret addımlar atılmır. Mənə elə gəlir ki, artıq ölkəmizdə azad iqtisadi zonaların yaradılmasının vaxtı çatıb. Çünki dünya praktikası göstərir ki, bu zonaların yaradılması ölkənin iqtisadi inkişafına çox böyük təsir edir. Bu cür zonaların yaradılması ilə əlaqədar işlərin gecikməsi barədə heç nə deyə bilmərəm. Hətta ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə Sumqayıtda belə bir zona yaratmaq istəyirdilər. Hazırda da belə bir zonaların yaradılması ilə bağlı heç bir problem yoxdur".
Azad iqtisadi zonaların hər zaman limana, dəmiryoluna, sərhədə yaxın yerlərdə yerləşdirildiyini dilə gətirən millət vəkili söyləyib ki, belə olan halda daşınma xərcləri aşağı olur. Hansı bölgələrin bu zonalar üçün məqsədəuyğun olduğuna gəldikdə, V.Əhmədov vurğulayıb ki, Naxçıvan, Quba-Xaçmaz, Qaradağ rayonlarında azad iqtisadi zonaların yaradılması daha əlverişli olar: "Azad iqtisadi zonalar qapalı zonalardır və oraya kənar müdaxilələr mümkün deyil. Burada bir çox güzəştlər nəzərdə tutulub ki, onlar da qanun layihəsində öz əksini tapıb. Azad iqtisadi zonalar üçün vergi, gömrük, torpaq və güzəştlər var ki, bu da ölkə iqtisadiyyatın inkişafına müsbət təsir göstərir".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB