"Neftin qiyməti 100 dollara qədər yüksələcək" EKSPERT RƏYİ

"Neftin qiyməti 100 dollara qədər yüksələcək" EKSPERT RƏYİ

“Dünya bazarında neftin bir barel üçün qiyməti 100 dollar səviyyəsinə yüksələcək”. SİA-nıln xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu Orascom Telekom Media və Texnologiyalar Holdinqinin rəhbəri, misirli milyarder Naqib Saviris açıqlamasında deyib.

Ekspert neftlə bağlı təxmin etdiyi qiymətin 18 aydan sonra reallaşacağına inandığını dilə gətirib.

Onun fikrincə, Rusiya və Səudiyyə Ərəbistanı Amerika şist şirkətlərini bazardan çıxarmaq üçün qiymət müharibəsinə başlayıb.

Savirisin sözlərinə görə, Moskva və Ər-Riyad qara qızılın qiymətinin düşməsindən xəbərdar idilər: “Neftin qiymətinin bir barrel üçün 50 və ya 60 dollara qədər yüksəlməsini gözləyən Moskva və Ər-Riyad "rəqibini öldürmək" üçün vəziyyəti daha da ağırlaşdırdılar. Düşünürəm ki, bu, əvvəlcədən hesablanmışdı”.

Məlumat üçün nəzərinizə çatdıraq ki, cari ilin martın ayının əvvəlində koronavirus pandemiyası səbəbiylə neftə olan tələbatın əhəmiyyətli dərəcədə azalması qara qızılın kəskin şəkildə ucuzlaşmasına səbəb olmuşdu. OPEC + sazişi nəticəsində aprelin 12-də iştirakçı ölkələr may-iyun aylarında hasilatı gündə 9,7 milyon barel, ilin ikinci yarısında isə 7,7 milyon barel azaltmaq barədə razılığa gəliblər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə