"Büdcəyə bərpa olunan məbləğlərin həcminin artırılması üçün işlər təkmilləşdirilməlidir" Deputat

"Büdcəyə bərpa olunan məbləğlərin həcminin artırılması üçün işlər təkmilləşdirilməlidir" Deputat

"Auditlərin əhatəsi genişləndirilməli, qanunvericiliyə müvafiq dəyişikliklər edilməlidir". SİA-nın xəbərinə görə, deputat Əli Məsimli Milli Məclisin bu gün keçirilən iclasında "Hesablama Palatasının illik hesabatı haqqında" məsələnin müzakirəsi zamanı deyib.

O bildirib ki, bundan ötrü 3 ciddi suala cavab verməliyik: "Nəyi, niyə və hansı istiqamətdə təkmilləşdirməliyik? Biz mütləq Büdcə Məcəlləsini qəbul etməliyik. İkincisi, qanun pozuntularının əsas hissəsi dövlət satınalamaları ilə bağlıdır. Buna görə də bununla bağlı qanun layihəsi təkmilləşdirilməlidir. Korrupsiya ilə mübarizə sahəsində yüksək ranqa malik olan məmurların da korrupsiya əməllərinin qarşısını almaq üçün işlərə başlamaq lazımdır. İndiyə kimi yalnız orta ranqa aid məmurlara qarşı korrupsiya ilə mübarizə sahəsində işlər görülür".

Millət vəkili qeyd edib ki, büdcəyə bərpa olunan məbləğlərin həcminin artırılması üçün işlər təkmilləşdirilməlidir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə