Neftin dünya bazarındakı qiyməti bu iki amildən asılı olacaq ÖZƏL - AÇIQLAMA

Neftin dünya bazarındakı qiyməti bu iki amildən asılı olacaq ÖZƏL - AÇIQLAMA

"Məntiq onu deyir ki, bu şəkildə bazarda neftin qiymətinin artımı müşahidə olunmalıdır, lakin, məsələnin ikinci bir tərəfi daha var". Bu sözləri SİA-ya açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri, neft məsələləri üzrə ekspert İlham Şaban post-karantin dövründə neftin dünya bazarındakı qiymətinin hansı səviyyədə olacağından danışarkən deyib.

Onun sözlərinə görə, pandemiya ilə bağlı yaranmış karantin rejiminin yekunlaşması insanların artıq hərəkət edə biləcəyini bildirir, yəni, avtomobillərdən, daxili aviasiyadan istifadə ediləcək, ölkələrarası nəqliyyat işə düşəcək və ikinci bir məsələ isə sanəye obyektlərinin, ictimai iaşə obyektlərinin fəaliyyətə başlaması olacaq:

"Təbii ki, bütün bu proseslər enerjinin sərfiyyatını artıracaq. Enerjiyə olan təlabat istənilən halda artacaq. Bu da o deməkdir ki, neftin qiyməti artmalıdır. İkinci bir məsələ isə may ayıbda artıq "OPEK+" çərçivəsində neft hasilatının azaldılması prosesi baş verəcək. Bir tərəfdən insanların karantin rejimindən yavaş-yavaş çıxması neftə təlabatı artıracaq, digər bir tərəfdən də bazara daha az həcimdə neftin verilməsi bu prosesə təsir edəcək. Məntiq onu deyir ki, bu şəkildə bazarda neftin qiymətinin artımı müşahidə olunmalıdır".

Ekspert məsələni bir başqa aspektdən də dəyərləndirib və vurğulayıb ki, bu da neftin dünya bazarındakı qiymətinə əsir edəcək: "Martın sonlarında və bütün aprel ərzində istər qurudakı ehtiyat anbarlarına, istərsə də dənizdəki tankerlərinə ölkələr və şirkətlər tərəfindən yığım və möhtəkirlik məqsədilə böyük həcmlərdə neft cəlb edilib. Həmin neftdən istifadə də edilə bilər, həmin neft möhtəkirlik məqsədilə bazara da çıxardıla da bilər. Bunların neft qiymətlərinə necə təsir edəcəyini proqnazlaşdırmaq çətindir. Çünki, qeyd olunur ki, aprel ayında gündə 20 milyon barel yığım məqsədi üçün neft ayrılıb. Gün ərzində sonradan 3 milyon, 10 milyon və ya 15 milyon barel satılacaq və yaxud öz ehtiyacları üçün istifadə ediləcək. Ona görə də neftin qiymətinin məhz, may ayında necə olacağı həmin gün bazardakı vəziyyətdən asılı olacaq".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə