"Neftin qiymətinin 60 dollaradək artacağı proqnozlaşdırılır" EKSPERT RƏYİ
Neftin dünya bazarında qiyməti bu ilin payızında notmallaşmağa doğru gedəcək. SİA-nın xəbərinə görə, bunu Rusiya Ticarət və Sənaye Palatasının Enerji Strategiyası Komitəsinin üzvü rüstəm Tankaev deyib.
O bildirib ki, dünya neft bazarında neftin qiymətinin bərpası koronavirusa qarşı etibarlı və universal peyvəndin hazırlanması ilə birbaşa əlaqəlidir: “Görünən odur ki, neftin dünya bazarında qiyməti ilin ikinci yarısında sabitləşəcək. Payızda neftin qiymətinin artım dinamikasını müşahidə edəcək, dekabr ayına qədər isə status-kvo bərpa ediləcək və qiymətlər bir barrl üçün təxminən 60 dollar dəyərinə çatacaq”.
Ekspert neft qiymətləri ilə bağlı baş verənlərin fərqli bazarlarda spekulyativ oyunlarla əlaqələndirib.
Onun sözlərinə görə, hazırki vəziyyətdə Rusiya özünü Səudiyyə Ərəbistanından daha yaxşı hiss edir.
Neftin qiyməti ilə bağlı vəziyyət
Məlumat üçün nəzərinizə çatdıraq ki, mart ayının əvvəlində koronavirus pandemiyası nəticəsində dünyada neftə olan tələbatın əhəmiyyətli dərəcədə azalması və OPEC + sazişinin müddətinin bitməsindən sonra, iştirakçıların istehsalın azaldılması və ya parametrlərinin dəyişdirilməsi barədə razılığının müddətinin uzadılması nəticəsində neftin dünya bazarında qiymətləri iki dəfədən çox aşağı düşüb.
Yeni OPEC + razılaşması aprelin 12-də keçirilən video konfransda baş tutaraq, ölkələr may-iyun aylarında neft hasilatının gündə 9,7 milyon barel, ilin ikinci yarısında 7.7 milyon, 2022-ci il aprelin sonunadək isə 5.8 milyon azaltmaq barədə razılığa gəliblər.
Beynəlxalq Enerji Agentliyinə görə, mayın 1-də qüvvəyə minəcək OPEC + sazişi dünyada neftə olan tələbatın azalmasını kompensasiya edə bilmir, ehtiyatlar ilin ikinci yarısında azala bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB