"Neftin ucuzlaşması tənzimləmə xarakteri daşıyır" Tahir Mirkişili

"Neftin ucuzlaşması tənzimləmə xarakteri daşıyır" Tahir Mirkişili

“ABŞ bazarında Brent markalı neftin qiyməti may ayı satışları üçün 0$-dan aşağı düşüb. Yəni, satıcı alıcının daşıma xərclərini də ödəyir, çünki rezervuarlarda yer də yox. Amma bu, ABŞ bazarında belədir yalnız”. SİA-nın xəbərinə görə, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili öz “facebook” səhifəsində qeyd edib.

Bu gün ABŞ prezidenti Donald Trampın 75 mln barel nefti almaq üçün rezervuarlarda yer müəyyən etdikləri və bu məqsədlə bu məqsədlə 3 mlrd dollar vəsait ayırdığını deyən komitə sədri söyləyib ki, beynəlxalq bazarlarda Brent markalı neftin qiyməti 25$ həddindədir.

T. Mirkilişi vurğulayıb ki, təhlillərə görə ABŞ-da neftin qiymətinin bu cür düşməsi müvəqqəti xarakter daşıyır və qısa zaman ərzində qiymətlər qalxacaq: “ İndidən Iyun-avqust aylarnda çatdırmaq şərti ilə fyuçers qiymətləri 20-30 dollar arasında, sentyabr-dekabr ayları üçün isə 30-35 dollar arasında dəyişir. Bu o demək ki, bazar qiymətlərin tədricən qalxacağına inanır”..

Onun sözlərinə görə, yaxın zamanlarda dünya bazarlarında böyük həcmdə neft artıqlığı yaranacaq: “Qiymətin düşməsi, xüsusilə də fiziki bazarda, həcmin tənzimlənməsi üçün vacib sayıla bilər, qiymət nə qədər aşağı olarsa, o qədər çox layihələr ixtisar olar və neftin hasilatı azalar. Həm də nəzərə almaq lazımdır ki, OPEK+ razılaşmasına əsasən hasilatın ixtisarı may ayından başlamalıdır. Məsələn, ABŞ hələdə gündə 10mln, Səudiyyə Ərəbistanı isə 12 mln barrel neft hasil etməkdə davam edir. Bu günlərdə Səudiyyələrin ABŞ-a böyük miqdarda neft yükləməsi də qiymətin bu qədər düşməsinə gətirib çıxardığını demək olar. Qısacası, ABŞ-da qiymətlərin bu cür aşağı olması tənzimləmə xarakteri daşıyır və qısa müddətdə vəziyyət dəyişəcək”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə