“Chevron” Azərbaycandakı aktivlərini Macarıstanın “MOL” şirkətinə satıb

“Chevron” Azərbaycandakı aktivlərini Macarıstanın “MOL” şirkətinə satıb

Neft və qaz şirkəti olan “Chevron” Azərbaycandakı aktivlərini Macarıstanın “MOL” şirkətinə 1,57 milyard dollara satıb.

SİA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Amerika şirkətinin cümə axşamı yaydığı mesajında ​​deyilir.

“Chevron” korporasiyası bu gün onun törəmə şirkətlərinin “Azəri-Çıraq-Günəşli” neft yatağı blokundakı və Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəmərindəki səhmlərini “MOL Hungary Oil and Gas PLC” şirkətinə 1,57 milyard dollara satdığını elan edib”, - mesajda belə deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə