Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, 14 aprel tarixinə İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş 10.914 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 16.502 fərdi (mikro) sahibkar, cəmi 27.416 vergi ödəyicisi müraciət edib.
Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi layihəsi çərçivəsində müraciət etmiş 10.914 vergi ödəyicisində çalışan muzdlu işçilərin sayı 124.510 nəfərdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bu müraciətlərdən 78.068 işçini əhatə edən 8.487 vergi ödəyicisinin müraciətləri araşdırılaraq təsdiq edilib və ayrılacaq maliyyə vəsaitinin vergi ödəyicilərinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Bu proqram üzrə indiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 33,78 mln. manat, o cümlədən 1-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 16,9 mln. manat təşkil edir. Aprelin 13-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 2.636 vergi ödəyicisinə 24.463 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 5,31 mln. manat vəsaitin köçürülməsi təmin edilib.
Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 16.502 vergi ödəyicisindən müraciət daxil olub. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 15.689 müraciət araşdırılaraq təsdiq edilib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib.Bu proqram üzrə indiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 15,48 mln. manattəşkil edir. Aprelin 13-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən maliyyə dəstəyi çərçivəsində 3,53 mln. manat vəsaitin 3.041 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.
Müraciətlərin operativ qaydada araşdırılması üçün müvafiq işçi heyət intensiv olaraq çalışır və bu barədə ictimaiyyətə gündəlik məlumat veriləcəkdir. Maliyyə dəstəyi proqramı çərçivəsində edilmiş müraciətlərin nəticəsi və vəsaitin bank hesabına köçürülməsi barədə məlumat bildiriş formasında vergi ödəyicilərinin İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) elektron kabinetlərinə və SMS şəklində mobil telefonlarına göndərilir. Yaranan suallarla bağlı vergi ödəyiciləri Dövlət Vergi Xidmətinin “195” Çağrı Mərkəzinə və uçotda olduqları yerli vergi orqanlarına müraciət edə bilərlər. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və onların cavabları, eləcə də digər faydalı məlumatlarla aşağıdakı linklərdən istifadə etməklə tanış ola bilərsiniz.
Ətraflı:
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi: https://bit.ly/3c7VAAt
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti: https://bit.ly/2VlICZ7
Maliyyə dəstəyi almış vergi ödəyicilərinin siyahısı İqtisadiyyat Nazirliyinin və Dövlət Vergi Xidmətinin rəsmi saytlarında yerləşdirilir və mütəmadi olaraq yenilənir.
|
Muzdlu işçilərə əmək haqqının m üəyyən hissəsinin ödənilməsi üzrə hesabat (14.04.2020 il tarixinə) |
|
|
Tədbirin icrası üzrə nəzərdə tutulmuş vəsaitin məbləği |
215,0 milyon manat |
|
Müraciət etmiş vergi ödəyicilərinin sayı Vergi ödəyiciləri üzrə muzdlu işçilərin sayı |
10.914 vergi ödəyicisi
124.510 nəfər |
|
Maliyyə dəstəyinin məbləği o cümlədən, 1-ci ay üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin məbləği (50%) |
33.780,4 min manat
16.890 , 2 min manat |
|
Faktiki ödəniş edilmiş vergi ödəyicilərinin sayı |
2.636 vergi ödəyicisi |
|
Həmin vergi ödəyiciləri üzrə muzdlu işçilərin sayı |
24.463 nəfər |
|
Ödənilmiş vəsaitin məbləği |
5.317,7 min manat |
|
Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi üzrə hesabat (14.04.2020 il tarixinə) |
|
|
Tədbirin icrası üzrə nəzərdə tutulmuş vəsaitin məbləği |
80 ,0 milyon manat |
|
Müraciət etmiş vergi ödəyicilərinin sayı |
16.502vergi ödəyicisi |
|
Müraciəti araşdırılmış vergi ödəyicilərinin sayı Maliyyə dəstəyinin məbləği |
15 . 689 vergi ödəyicisi
15483 , 7 min manat |
|
Faktiki ödəniş edilmiş vergi ödəyicilərinin sayı |
3.041 vergi ödəyicisi |
|
Ödənilmiş vəsaitin məbləği |
3.530,9 min manat |
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Bu cəfəngiyat kimə yönəlib?
Dünya 19:14Superliqa klubunun yeni baş məşqçisi bəlli olub
İdman 18:57"Hamı sülh istəyir, amma ədalətli sülh..."
Dünya 18:43“Ağdamda həyat yenidən qurulur” - POLİTOLOQ DANIŞDI
Siyasət 16:50XİN Somalidəki son hadisələrlə bağlı bəyanat yayıb
Siyasət 16:35Elm və təhsil nazirinə yeni müşavir təyin olunub
Təhsil 16:33Fərid Məmmədov “Forbes”da Azərbaycanın yeni rəqəmsal erasından bəhs etdi
İqtisadiyyat 16:09Pirotexniki vasitələr satan daha 23 nəfər saxlanılıb
Hadisə 15:53Prezident 2026-cı il üçün ehtiyac meyarını təsdiqləyib
İqtisadiyyat 15:52Prezident 2026-cı il üçün yaşayış minimumunu təsdiqləyib
Siyasət 14:48Moskva Qafqaza qayıdır - “Tramp yoluna” göz dikib...
Siyasət 14:10Prezident 2026-cı ilin dövlət büdcəsini təsdiqləyib
Siyasət 14:08Ramin Məmmədov Bakıda vətəndaşları qəbul edib
Sosial 14:07Trampın “yol komandası” - RAKURS
Siyasət 14:03Rusiya sənayesi “fırtına”da - BAXIŞ BUCAĞI
İqtisadiyyat 13:35Sumqayıtda yaşayış binasında mənzil yanır
Hadisə 13:29Özbəkistanda kosmos yönümlü inkişaf vektoru - AKTUAL
Siyasət 13:24Netanyahu ABŞ səfərindən nə gözləyir? - AKTUAL
Siyasət 13:19Sabah rayonlara qar yağacaq, güclü külək əsəcək
Sosial 12:49Qusarda 71 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb
Hadisə 11:29Azərbaycanın idman siyasəti - MƏQALƏ
Siyasət 11:12Dövlət Agentliyi sahibkarlıq subyektlərinə müraciət edib
İqtisadiyyat 11:09İdman hər yaşda faydalıdır
Sosial 10:38Naxçıvanda avtomobil yolları qardan təmizlənir
Sosial 10:3116 turda 16 böyükhesablı nəticə qeydə alınıb
İdman 10:06Dünya bazarlarında neft bahalaşıb
İqtisadiyyat 09:58Bəzən bir fincan isti bitki çayı dərmandan daha çox təsir edir
Köşə yazıları 09:46Goranboyda qadını avtomobil vuraraq öldürüb
Hadisə 09:30Əmtəə bazarlarında qızıl ucuzlaşıb
İqtisadiyyat 09:27Bu günün valyuta məzənnələri
İqtisadiyyat 09:18Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9999
-0,17%
-
GBP
2,2941
-0,04%
-
RUB
2,1972
+0,16%



