Azərbaycanda qızıl və gümüş ucuzlaşıb

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb. SİA-nın məlumatına görə, aprelin 13-də qızılın qiyməti aprelin 10-u ilə müqayisədə 9,7325 manat azalaraq 1 unsiya üçün 2862,7575 manat təşkil edib.

Gümüş 0,3219 manat ucuzlaşaraq 1 unsiya üçün 25,9272 manata bərabər olub.

Platinin qiyməti 8,228 manat azalaraq 1267,2565 manat, palladiumun qiyməti 200,906 manat artaraq 3866,684 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.

Bütün xəbərlər Facebook səhifəmizdə