"BTQ layihəsinin regional inkişafa pozitiv təsirləri olacaq" ÖZƏL-MÜNASİBƏT

Bakı-Tbilisi-Qars yalnız Azərbaycan və Türkiyə üçün deyil, bütövlükdə region üçün vacib təşəbbüslərdən, lahiyələrdən biridir. Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramlı deyib.

Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, Bakı-Tbilisi-Qarsın illik yükdaşıma potensialı 6,5 milyon tondur və eyni zamanda Bakı-Tbilisi-Qars vasitəsi ilə 1,5 milyon sərnişinin daşınması nəzərdə tutulur və burada artıq 10 stansiya müəyyənləşdirilib ki, uzunluğu 826 kilometr olan Bakı-Tbilisi-Qars vasitəsi ilə sərnişindaşınmaların həyata keçirilməsi nəzərdə tutulur.

“Artıq ilk sərnişin qatarı pilot olaraq Ankaradan Bakı qədər gəlib çıxıb və bu da ondan xəbər verir ki, yeni mərhələdə Bakı-Tbilisi-Qars vasitəsi ilə daha çox sərnişindaşınması və yüklərin daşınması mümkün olacaq. Bakı-Tbilisi-Qars region üçün beynəlxalq yükdaşımalar, eləcə də sərnişindaşımaları bağımından çox əhəmiyyətli bir layihədir. Xüsusən indiki geopolitik faktorları nəzərə alsaq Bakı-Tbilisi-Qars həm Avropa, həm də Asiya üçün əhəmiyyətli kəmərlərdən, dəmir yolu xətlərindən birinə çevrilib. Çünki, nəzərə almaq lazımdır ki, ölkə Prezidenti İtaliyaya səfərində də müzakirə edilən məsələlərdən biri də loqistik və nəqliyyat sektoru ilə əməkdaşlığın gücləndirilməsi ilə bağlı idi. Avropa Bakı-Tbilisi-Qarsdan istifadə etməklə yüklərin Asiya bazarına çıxarılmasında artıq maraqlıdır. Nəzərə alsaq ki, Bakı-Tbilisi-Qarsa qoşulmaq əməkdaşlıqla bağlı bir sıra ölkələrilə artıq anlaşmalar imzalanıb. Eyni zamanda təbii ki, Asiya ölkələri də öz yüklərini Bakı-Tbilisi-Qars vasitəsilə Türkiyə və Avropa bazarlarına çıxarmaqda maraqlıdırlar. Bu isə ondan xəbər verir ki, Bakı-Tbilisi-Qars praktik olaraq beynəlxalq yükdaşımalarda, xüsusən növbəti mərhələdə region üçün aparıcı mövqeyə malik olan dəmir yolu xətti olacaq. Yükdaşımalar, xüsusən nəzərə alsaq ki, dəmir yolu yükdaşımaları daha ucuz başa gəlir, deməli Xəzərin statusu müəyyənləşdirildikdən sonra Xəzər üzərindən yüklərin daşınması ilə bağlı praktik olaraq çətinlikər aradan qalxır. Bu isə təbii ki, Bakı-Tbilisi-Qarsın region üçün əhəmiyyətini möhkəmləndirən faktorlardan biridir və bu kontekstdən də gözlənilir ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti növbəti illərdə, o cümlədən də 2020-ci ildə həm Azərbaycan, həm Türkiyənin, həm də təbii ki, Gürcüstanın dövlət gəlirlərinin artmasına birbaşa təsir göstərəcək. Azərbaycan praktiki olaraq Bakı-Tbilisi-Qarsın təşəbbüskarı və eyni zamanda onu reallaşdıran tərəfdir və bu təşəbbüs regional inkişafa pozitiv təsirlərini növbəti illərdə daha da artırmış olacaq.

Bakı-Tbilisi-Qars kəmərinin genişləndirilməsi və eyni zamanda Türkiyənin daxili şəbəkəsi vasitəsi ilə Avropaya çıxarılması istiqamətində atılan addımlar eyni zamanda dəmir yolu xəttinin əhəmiyyətini artıran faktorlardan biridir. İlkin mərhələdə razılaşdırılmışdır ki, xüsusən Türkiyə tərəfində dəmiryol şəbəkəsnin genişləndirilməsi həyata keçiriləcək və həm də Naxçıvanda istehsal ediləcək məhsulların Türkiyə və Avropa bazarına çıxarılması baxımından vacibdir. Naxçıvanın xüsusən bu dəmir yolu xətti ilə praktik olaraq Türkiyənin mərkəzi şəhərləri və eləcə də Avropaya birləşdirilməsi anlamına gəlir. O baxımdan dəmir yolu şəbəkəsinin inkişaf etdirilməsi və genişləndirilməsi gələcəkdə Bakı-Tbilisi-Qars vasitəsi ilə yüklərin daşınması səmərəliliyinin artırılması, eyni zamanda Naxçıvanda fəaliyyət göstərən sahibkarların bu imkanlardan daha çox faydalanmasına imkan verəcək”, deyə Vüqar Bayramov bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...