Litva yeni avtomobillərin intensiv satışına görə ön sıralardadır

Litva yeni avtomobillərin intensiv satışına görə Avropa İttifaqında (Aİ) ön sıralardadır.

SİA xəbər verir ki, bu barədə Avropa Avtomobil İstehsalçıları Birliyinin (ACEA) yaydığı məlumatda bildirilib.

Məlumata əsasən, bu ilin ilk ayında Litvada 4238 yeni avtomobil satılıb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətdə 35,1 faiz çoxdur. Latviyada isə bu ilin ilk ayı avtomobil satışları 3,6 faiz azalaraq 1484-ə düşdüyü halda, Estoniyada 3,9 faiz artaraq 2271-ə çatıb.

Qeyd edək ki, Aİ ərazisində yanvar ayında yeni avtomobillərin satışları 7,5 faiz azalaraq 956,8 minə düşüb. Aİ ölkələrində ən çox satılan avtomobil “Volkswagen” olub. Bu avtomobil markası ötən ilin yanvar ayına nisbətən 6,6 faiz az satılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...