Bu halda Azərbaycan neft üçün növbə yaranır! AÇIQLAMA

Hazırda dünya bazarlarında neftin qiyməti ucuzlaşmağa davam edir. Bununla yanaşı Azərbaycan neftinin qiymətində müxtəlif zaman kəsiyində cüzi də olsa bahalaşma qeydə alınır. SİA-ya məsələ ilə bağlı açıqlama verən, neft üzrə ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, ümumiyyətlə, neftin qiymətinin bahalaşmasına və ucuzlaşmasına təsir edən bir sıra amillər var, bu əsasən həmin amillərdən asılıdır.

O bildirib ki, Azərbaycan neftinin bir barelinin qiyməti birjalarda təyin olunmur: "Azərbaycan neftinin qiyməti əslində "Brent" markalı neftin bir barelinin qiymətinə olan nisbətə əsasən təyin olunur. Bu qiymətə əsasən neftimizin dünya bazarına çıxarışı təyin olunur. Lakin bir sıra amillər var ki, neftin qiymətinə təsir edir və onun bahalaşıb ucuzlaşması məsələsini təyin edir".

İlham Şaban əlavə edib ki, biz iki limanda, yəni bir Ceyhan, bir də Supsa limanında öz neftimizi satırıq. Elə olur ki, bizim neft ilə yanaşı dünyada açıq, kükürdlü neftlər də satışa çıxarılır. Yəni məsələ ondadır ki, bu məsələ keyfiyyət parametrlərinə görə və neftlərin tipinə bağlıdır. Neftayırma zavodlarında məhz bu tipdə neft markasına böyük təlabat olur. Belə bir böyük tələbat yarananda bizim neft üçün növbə yaranır. Onda qiymət daha yüksək olur".

Neft üzrə ekspert bildirib ki, keyfiyyət parametrləri üstün tutulanda alıcı ilə satıcı arasında müəyyənləşmiş qiymətə baxmayaraq, eyni zamanda "Brent" markalı neftin qiyməti aşağı düşübsə də, Azərbaycan neftinin qiymətində müəyyən artım müşahidə olunacaq.

O əlavə edib ki, lakin bu daimi karakter daşıyan bir proses deyil, sadəcə hansısa bir zaman kəsiyində baş verən prosesdir.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...