Taxılyığan kombaynların sayı 2 dəfə artıb DSK

Ötən il Azərbaycanda dövlət vəsaiti hesabına kənd təsərrüfatı məhsulları istehsalçılarının texnika ilə təminatı 2 dəfədən çox azalaraq 2 335 vahid təşkil edib. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, kənd təsərrüfatı sektorunda olan istehsalçılar ötən il 662 traktor, 225 taxılyığan kombayn və 45 pambıqyığan kombayn ilə təmin ediliblər.

Bu 2018-ci illə müqayisədə təmin edilən taxılyığan kombaynların sayı 2 dəfəyə yaxın (91%) çoxalsa da, traktorların və pambıqyığan kombaynların sayı, müvafiq olaraq 2 dəfə və 2,2 dəfə azalıb.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə