Standartlaşdırma Komitəsi iki orqanı Milli Akkreditasiya Sistemində akkreditasiya edib
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Dövlət Gömrük Komitəsinin Mərkəzi laboratoriyasının "Azərbaycan Respublikası ərazisində dövriyyəyə buraxılan avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblər əsasında avtonəqliyyat vasitələrinin uyğunluğunun və tipinin təsdiqi üzrə sertifikatlaşdırma orqanı"nı akkreditasiya edib. Sertifikatlaşdırma orqanı AZS 447-2010 "Azərbaycan Respublikası ərazisində dövriyyəyə buraxılan avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblər" (AVRO-2) standartının tələblərinə uyğun olaraq Milli Akkreditasiya Sistemində akkreditasiya olunub.
Komitənin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, sertifikatlaşdırma orqanının məqsədi Azərbaycan Respublikasına gətirilən və daxili bazarda istismar, satış və ya digər məqsədlərlə istifadəsi nəzərdə tutulan işlənmiş avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli madələrə dair tələblər əsasında avtonəqliyyat vasitələrinin uyğunluğunun və tipinin təsdiqi üzrə sertifikatlaşdırma işlərinin aparılmasından ibarətdir. Azərbaycan Respublikasına gətirilən və ya respublikada istehsal olunan yeni avtonəqliyyat vasitələrinin bu standartın tələblərinə uyğunluğu sertifikatlaşdırma orqanı tərəfindən avtonəqliyyat vasitələrinin tipinin təsdiqi vasitəsi ilə müəyyən edilir.
Komitə tərəfindən akkreditasiya olunmuş digər orqan isə "Ekotest" MMC-nin "Kosmetik vasitələrin sertifikatlaşdırılması üzrə" orqanıdır. AZS 11.1.006-2010 "Oxşar məhsulların və xidmətlərin sertifikatlaşdırılması üzrə orqanlar" standartının tələblərinə uyğun olaraq akkreditasiya olunmuş sertifikatlaşdırma orqanının əsas məqsədi sertifikatlaşdırma yolu ilə istehlakçıları təhlükəli və keyfiyyətsiz kosmetik vasitələrdən qorumaqdır. Orqan istehsal, idxal, ixrac edilən və daxili bazarda satılan kosmetik vasitələrin sertifikatlaşdırılmasını həyata keçirir və öz fəaliyyətində Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkilati-normativ sənədlərini və digər normativ aktları rəhbər tutur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB