Bitcoin istifadəçiləri itirdiyi 135 milyon dollar pulun izinə düşüb -MARAQLI

Kanadada Bitcoin virtual valyuta platformasının qurucusunun qəfil ölümü istifadəçilərin təşvişinə səbəb olub və onlar öz pullarının taleyi barədə araşdırmalara başlayıblar. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

QuadrigaCX rəqəmsal virtual pul platformasının qurucusu Gerald Kottenin 2018-ci ilin dekabr ayında ölümü və 135 milyon dollar dəyərində Bitcoinin itməsi platforma istifadəçilərinin təşvişinə və haqlı şübhələrinə səbəb olub. 115 min istifadəçi Kottenin məzarının açılmasını və ölünün yenidən ekspertizasını tələb ediblər. Bununla zərərçəkmişlər nəşin həqiqətən platformanın qurucusuna aid oldub-olmadığını və ölüm səbəbini öyrənməyi hədəfləyiblər.

Platformanın qurucusu, 30 yaşlı iş adamı Kottenin ölümünün səbəbi kimi onun Hindistana səfəri zamanı Xron xəstəliyinə tutulması göstərilir. Amma təsisçisinin 135 milyon dollarlıq Bitcoin hesabının şifrəsinin yalnız özündə olduğunu qeyd edən zərərçəkmişlər onun ölmədiyini və bu nəhəng məbləğin "ölü" tərəfindən oğurlandığı qənaətindədirlər.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə