"Bakı-Sumqayıt yolunun genişləndirilməsi mayda başa çatacaq" Saleh Məmmədov

"Bakı-Sumqayıt yolunun genişləndirilməsi mayda başa çatacaq" Saleh Məmmədov

Bakı-Sumqayıt yolunun genişləndirilməsinin hər km-i 778 min manata başa gəlməlidir". SİA-nın verdiyi məlumata görə, bunu Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirdiyi mətbuat konfransında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

Onun sözlərinə görə, inflyasiyadan asılı olaraq qiymət dəyişə bilər: "Bu işlər çərçivəsində Bakıda da 7-8 km hissədə genişlənmə nəzərdə tutulub və burada quraşdırılacaq əlavə avadanlıqların qiyməti də ümumi məbləğinə üzərinə əlavə olunacaq".

O, qeyd edib ki, Bakı-Sumqayıt yolu 7-10 min avtomobilin hərəkəti üçün hesablanaraq tikilsə də hazırda bu rəqəm xeyli artıb: "Hesablamalarımıza görə, hazırda Bakıdan Sumqayıta hər gün 12-14 min, Sumqayıtdan Bakıya isə hər gün 10-12 min avtomobil gedir. Həmin istiqamətində 28 km-lik məsafədə yolun genişləndirilməsi başlayıb. May ayının sonuna qədər bu işləri görüb yolu vətəndaşların istifadəsinə verməyi düşünürük".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə