"İnsanların qazancı ildən-ilə artır" ÖZƏL-MÜNASİBƏT

"İnsanların qazancı ildən-ilə artır" ÖZƏL-MÜNASİBƏT

Yanvarın 29-da Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb. Fərman ölkə regionlarının, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işləri növbəti illərdə də davam etdirmək, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, bölgələrdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədilə imzalanıb. Millət vəkili Eldəniz Səlimov SİA-ya açıqlamasında Dövlət Proqramının əhəmiyyətindən danışıb.

Deputatın sözlərinə görə, “Azərbaycan Respublikasının regionların 2014-2018-cı illərdə sosiyal iqtisadi inkişafı dövlət proqramı”nın icrası ilə əlaqədar konfransda qeyd olunduğu kimi, regionlarda xeyli işlər görülüb.

“Ölkə rəhbərinin iqtisadiyyatın bütün sahələrinə gösterdiyi diqqət və qayğının nəticəsində sahibkarlığın inkişafı üçün geniş meydan açılıb. Kənd təsərüfatının inkişafına xüsusi diqqət ayrılıb ki, bu sahə torpaq vergisindən başqa digər vergilərdən azad olunub. Regionların xüsusiyyətlərinə uyğun olaraq kənd təsərüfatının müxtəlif sahələri inkişaf etdirilir. Xaçmazda taxılçılıq, tərəvəzçilik, bağçılıq, heyvandarlıq üçün əlverişli şərait olduğundan bu sahələrin inkişafı naminə dövlətimiz tərəfindən sahibkarlar üçün tam münbit şərait yaradılıb. İstehsal olunan məhsulların saxlanılması üçün böyük miqyaslı soyuducu anbarları tikilib istismara verilib. Regionumzda Aqro-Park yaradılıb və böyük nəticələr əldə edilib. İstehsal olunmuş məhsulların bir hissəsi ixrac edilir. Qısa müddətdə zay ola bilən məhsulların ixracı "Yaşıl dəhliz" mexanizimi ilə həyata keçirilir. Ölkəmizin hər yerində olduğu kimi, insanların qazancı ildən-ilə artmağa davam edir. Gəlir artdıqca, insanlar digər istehsal sahələrinə maraq göstərirlər. 2014-2018-ci illərdə görülən işlərin nəticəsi olaraq qeyri-neft sənayesində 32 faiz artım olub”.

Deputat qeyd edib ki, 2004–2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb: “Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaradıb”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə