İcbari tibbi sığortanın maaşlardan tutulma və hesablama qaydası
İcbari tibbi sığorta haqlarının maaşlardan necə tutulacağı və hesablama qaydası müəyyən edilib. SİA İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinın (İTSDA) icbari tibbi sığorta haqlarının hesablanması qaydası ilə bağlı məlumatına istinadən xəbər verir ki, vətəndaşların icbari tibbi sığorta haqqlarını hesablaması üçün kalkulyator sistemi hazırlanıb.
Qurumun rəsmi saytında hazırlanan kalkulyator yerləşdirilib və bu kalkulyatordan istifadə etməklə vətəndaşlar əməkhaqqından və ya gəlirdən tutulan icbari tibbi sığorta haqlarının məbləğini hesablaya biləcəklər.
İşçilər, işəgötürənlər, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və mülki-hüquqi müqavilələr əsasında işlər (xidmətlər) yerinə yetirən şəxslər icbari tibbi sığorta fonduna ediləcək aylıq ödənişin məbləğini həmin kalkulyator vasitəsilə müəyyən edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB