Ölkəmizə gələn əcnəbilərin 40,8 faizi hava nəqliyyatından istifadə edib
Bu ilin yanvar-noyabr aylarında Azərbaycana gələn əcnəbilərin 40,8 faizi hava nəqliyyatından istifadə edib. SİA Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 58,4 faizi ölkəmizə dəmir yolu və avtomobil nəqliyyatı ilə gəlib.
Eyni zamanda su nəqliyyatı ilə gələnlər də olub və bu ümumilikdə 0,8 faiz təşkil edir. Hava nəqliyyatından isə ölkəmizə gələn əcnəbilərin 40,8 faizi istifadə edib.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB