Cari ildə Azərbaycan ən çox Rusiyadan məhsul idxal edib

Cari ildə Azərbaycan ən çox Rusiyadan məhsul idxal edib

Azərbaycan yanvar-noyabr aylarında ən çox Rusiyadan məhsul idxal edib. SİA Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir ki, 11 ayda ölkəyə ən çox Rusiya, Türkiyə və İsveçrədən məhsul idxal olunub.

Rusiyadan edilən idxalın dəyəri 2 milyard 70,1 milyon dollar, Türkiyədən edilən idxalın dəyəri 1 milyard 482,3 milyon dollar, İsveçrədən edilən idxalın dəyəri isə 1 milyard 219 milyon dollar təşkil edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə