"Pambıqçılığın, taxılçılığın inkişafı üçün xeyli sayda vəsait ayrılıb" ÖZƏL-MÜNASİBƏT

"Pambıqçılığın, taxılçılığın inkişafı üçün xeyli sayda vəsait ayrılıb" ÖZƏL-MÜNASİBƏT

"Ümumiyyətlə, kənd təsərrüfatının inkişafı və möhtərəm cənab Prezidentin bu sahəyə xüsusi diqqət göstərməsi əsasən məşğulluq strategiyasının yeni bir formasıdır. Subsidiyaların verilməsi, müasir texnikaların alınması, aqro-texniki qaydalara riayət olunaraq yüksək keyfiyyətli məhsuldarlığın əldə olunması artıq bir neçə ildir ki, davam edir". Bunu SİA-ya millət vəkili İlham Məmmədov deyib.

Deputatın sözlərinə görə, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirə keçirilib: "Respublika üzrə pambıq yığımının başa çatdığını, bu il rekord həddə - 294 min ton pambıq yığıldığını, məhsuldarlığın orta hesabla hər hektardan 29,4 sentner təşkil etdiyini deyən Prezident İlham Əliyev bildirdi ki, bu, son illərdə pambıqçılığın inkişafı ilə bağlı görülən tədbirlərdən, bu sahəyə dövlət dəstəyindən irəli gəlir. Təbii ki, bu rekord nəticə özülüyündə zəhmət çəkən insanların maddi rifah halının yaxşılaşmasına xidmət edən ən vacib məqamlardan biridir. Bu gün insanlarımız cənab Prezidentə öz təşəkkürünü bildirirlər. Bu il artıq insanlar həmin o torpaq sahələrinə pambığın, taxılın əkməsi üçün sanki bir yarışa giriblər. Çünki artıq onun bəhrəsini görürlər. Pambıqçılığa işçi qüvvəsinin cəlb olunması və s. bütün bunlar hamısının yeganə məqsədi insan amilinə yönəlib. Bu gün rayonlarımızda elə ailələr var ki, 150-160 min manat dəyərində gəlir əldə edirlər. Bu çox böyük rəqəmlərdir. Bu gün Azərbaycan brendinin təşviqi istiqamətində kənd təsərrüfatı məhsulları öz üzərinə böyük bir yük, qüvvəni götürüb. Bu gün pambıqçılığın, taxılçılığın inkişafı üçün xeyli sayda vəsait ayrılıb".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə