Vergi Məcəlləsinə dəyişikliklər ediləcək

Hökumətin antikorrupsiya tədbirlərinə start verməsindən ay yarıma yaxın vaxt ötür. Antikorrupsiya tədbirlərinin ilkin mərhələsində Vergilər Nazirliyi Vergi Məcəlləsinə ciddi və əhəmiyyətli dəyişikliklərin ediləcəyini bildirib. Nazirliyin məlumatına görə, dəyişikliklər hökümətin müzakirəsindədir. İqtisadi və Sosial İnkişaf Mərkəzinin ekspertləri Azərbaycanda vergi hesabatlarının verilməsi və vergi odəniş prosedurlarının xususilə fərdi sahibkarlar və KOM-lara tətbiq olunanların daha da sadələşdirilməsini təklif edir. Bildirirlər ki, mütərəqqi olkələrin əksəriyyətində kiçik muəssisələr vergi hesabatlarını nisbətən sadələşdirilmiş qaydada təqdim edirlər. Hesab olunur ki, sadələşdirilmiş hesabat belə muəssisələrin həyata kecirdikləri biznes əməliyyatlarını əhatə etmək üçün yetərlidir. Sadələşdirilmiş vergi hesabatlarının tətbiqi həm sahibkarların vergi qanunvericiliyinin tələblərinə riayət etməsi ilə bağlı xərclərini azaldır, həm də dovlətin vergi inzibatçılığı ilə bağlı xərclərini aşağı endirməklə, vergi gəlirlərini artırır.

Mütəxəssislər həmçinin elektron ticarətin inkişafı üçün bu sahənin ƏDV-dən azad edilməsini irəli sürürlər. Onların fikrincə bu elektron ticarətin inkişafına yardım göstərməklə yanaşı e-ticarətin daha da leqalaşdırılmasına səbəb olar: "ƏDV-nin bir deyil "dəyişən dərəcələri" tətbiq edilməlidir. Əksər Avropa ölkələrində ƏDV standart deyil, bir neçə dərəcədə olur. Elə sferalar var ki, orada ƏDV-nin faizi standart faizdən az olur. Azərbaycanda isə ƏDV-ə cəlb edilən bütün əməliyyatların hamısı eyni vergi dərəcəsi ilə -18 faizlə cəlb edilib. Halbuki, ƏDV-in faizi sektorlar üzrə fərqləndirilməsi qeyri-neft sektorunun inkişafını stimullaşdırar və vergidən yayınmanın qarşısını alar.Bir sıra Avropa ölkələrində olduğu kimi rüblük bəyənnamələrin illik hesabatla əvəz edilsin. Bu vergi müfəttişləri ilə sahibkarların birbaşa ünsiyyətinin azalmasına səbəb ola bilər.Vergi Məcəlləsi üzrə risk təhlili aparılmalıdır.Müstəqil və tanınmış xarici şirkət tərəfindən həyata keçirilməsi tövsiyə edilən bu təhlil məcələnin korrupsiya üçün hansı imkanlar yaratdığını müəyyənləşdirə bilər.Vergilər Nazirliyinin yanında Müşahidə Şurası yaradılmalıdır. Həmin şuraya hökumət qurumlarının nümayəndələri ilə yanaşı biznes və vətəndaş cəmiyyətinin nümayəndələri cəlb edilməlidir".

O da təklif edilir ki, Vergi Məcələsində 2000 AZN-dən artıq vergidən yayınma cinayət xarakterli fəaliyyət hesab edilsə də bu, məbləğin artırılmasına ehiyac var. Belə ki, bu bir sıra hallarda sui-istifadələr və biznesə müdaxilələrə imkan yarada bilər. Həmçinin bir sıra vergi dərəcələrinin azaldılması irəli sürülür: "Vergi dərəcələrinin sahibkarılığın inkişafında rolu əvəzsizdir. Böhran dövründə yüksək vergi dərəcələri sahibkarların sərəncamında qalan vəsaitlərin həcmini azaldır və onların likvidliyini aşağı salır. Bu baxımdan təklif olunur ki, vergi dərəcələrinə 1 il müddətində aşağıdakı azalmalar tətbiq olunsun: Əlavə Dəyər Vergisi 18 faizdən 17 faizə endirilir; sosial sığorta ayırmasının həcmi, işəgötürənlərdən tutulan hissəsi 22%-dən 20%-ə endirilsin.

İSİM qənaətinə görə, idxal-ixrac əməliyyatları üzrə Əlavə Dəyər Vergisi üzrə ödənişlərin Dövlət Gömrük Komitəsi tərəfindən alınması ləğv edilməli və bu iş Vergilər Nazirliyinə həvalə edilməlidir. Lisenziyaların məbləği azaldılmalıdır. Çünki lisenziya məbləğlərinin yüksək olması iş adamlarının lisenziya almadan kölgə iqtisadiyyatında işləməsinə gətirib çıxarır.Vergilər Nazirliyi tərəfindən "Elektron audit" sisteminin tətbiqi həyata keçirilməlidir. Bu sistemin reallaşdırılması audit işində şəffaflığın artmasına və audit proseslərinin asanlaşdırılmasına səbəb ola bilər. Elektron ticarətin inkişafı üçün bu sahə ƏDV-dən azad edilməlidir. İnvestisiya qoyuluşu ilə bağlı mənfəət vergisinə güzəştlər tətbiq edilməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə