Bəzi ərzaq məhsullarının qiyməti ucuzlaşıb

Bəzi ərzaq məhsullarının qiyməti ucuzlaşıb

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında süni qiymət artımının qarşısının alınması məqsədi ilə monitorinq və araşdırmalarını davam etdirir.

Nazirliyin mətbuat xidmətinin SİA-ya verilən məlumata görə, son günlər aparılan monitorinqlər zamanı duru yağların 5-6 faiz, şəkərin 4 faizədək, şəkər tozunun 5-6 faiz, yumurtanın 50 faizədək, toyuq ətinin 15 faizədək, süd məhsullarının isə 2-4 faiz ucuzlaşması qeydə alınıb. Bundan başqa, kartofun 15 faizədək, soğanın 10 faizədək, sitrus meyvələrinin isə 15-20 faiz ucuzlaşması müşahidə edilib.

Monitorinq və araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə