Sammitdə Azərbaycanı Energetika naziri təmsil edəcək

Sammitdə Azərbaycanı Energetika naziri təmsil edəcək

Energetika naziri Pərviz Şahbazov Qaz İxrac edən Ölkələr Forumunun (Gas Exporting Countries Forum-GECF) tədbirlərində iştirak məqsədilə Ekvatorial Qvineyaya səfər edib. Energetika Nazirliyindən SİA-ya verilən məlumata görə, 28-29 noyabr 2019-cu il tarixlərində Ekvatorial Qvineyanın paytaxtı Malaboda Qaz İxrac edən Ölkələr Forumunun (Gas Exporting Countries Forum -GECF) Nazirlər Görüşü, həmçinin dövlət və hökumət başçılarının V Sammiti keçiriləcək.

Sammitdə qlobal qaz bazarının mövcud vəziyyəti və perspektivlərinin, eləcə də qaz ixrac edən ölkələr arasında əməkdaşlığın inkişafı ilə bağlı məsələlərin müzakirəsi və Bəyannamənin imzalanması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə