Bu il ölkəyə 35 mindən çox avtomobil idxal olunub

Bu il ölkəyə 35 mindən çox avtomobil idxal olunub

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycana idxal olunan avtomobillərin sayı 35 min 457 olub. Dövlət Gömrük Komitəsindən SİA-ya verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 441-i sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 31 min 934-ü əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobili və digər motorlu nəqliyyat vasitəsi, 2934-ü yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 148-i isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə