Bu il nə qədər plastmas məmulatlar idxal edilib?

Bu il nə qədər plastmas məmulatlar idxal edilib?

Yanvar-sentyabr aylarında ölkəyə 166 min 589 ton plastmas və onlardan hazırlanan məmulatlar idxal edilib. SİA xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. Doqquz ayda idxal edilən plastmas və onlardan hazırlanan məmulatların dəyəri isə 298 milyon 832 min ABŞ dolları olub.

Xatırladaq ki, keçən ilin eyni aylarında Azərbaycana dəyəri 262 milyon 223 min dollar olmaqla 136 min 512 ton plastmas və onlardan hazırlanan məmulatlar gətirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə