"MDB ölkələri Azərbaycan üçün qeyri-neft ixracaatı baxımından çox vacibdir" EKSPERT RƏYİ-ÖZƏL

"MDB ölkələri Azərbaycan üçün qeyri-neft ixracaatı baxımından çox vacibdir" EKSPERT RƏYİ-ÖZƏL

“Türkmənistan Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. MDB ölkələri ilə xarici ticarət dövriyyəmiz artıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən MDB ölkələri ilə ticarət dövriyyəmiz illik olaraq 4 milyard dollardan çox olub”. Bu fikirləri SİA-ya açqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.

O bildirib ki, Azərbaycanın MDB ölkələri ilə ticarət dövrriyəsi əvvəlki illərlə müqayisədə yarım milyard dollar atıb: “Eyni zamanda 2016-cı illə müqayisədə Azərbaycanla MDB arasında ticarət dövriyyəsində 70 faizə yaxın artım qeydə alınıb. 2016-cı ildə bu rəqəm 2.8 milyard dollar idi. Bütövlükdə biz post neft dövründə 2014-cü ildən etibarən Azərbaycanla MDB arasında ticarət dövriyyəsinə diqqət etsək, 2014-cü ildə bu rəqəm 2. 9 milyard idisə, 2018-ci ildə bu rəqəm 4 milyard dolları keçib. Bu da hiss edilən artımdan xəbər verir”.

Ekspertin sözlərinə görə, Azərbaycanın MDB ilə ticarət dövriyyəsində Rusiya ilə ticarət dövriyyəmiz həlledicidir: “Ümumi ticarət dövriyyəsinin 2.5 milyard dollarından artıq Rusiyanın payına düşür. Türkmənistanla da ticarət dövriyyəmizin həcmi nisbətən az olsa da, 2014-2015-ci illərlə müqayisədə artım var. Azərbaycanla -Türkmənistan arasında ticarət dövriyyəsi ilə bağlı son 3 ilin rəqəmlərinə baxsaq, bu rəqəmin 2.6 dəfə artdığını görə bilərik. Türkmənistanla Azərbaycan arasında 133 milyon dollarlıq ticarət dövriyyəsi var”.

V. Bayramov vurğulayıb ki, MDB-nin digər ölkələri ticarət dövriyyəsində də artımlar var: “MDB ölkələri Azərbaycan üçün qeyri-neft ixracaatı baxımından çox vacibdir. Azərbaycanın il ərzində 2 milyard dollara yaxın qeyri neft ixracaatının təxminən 35 faizi Rusiyanın payına düşür. Bu da qeyri-neft ixracaatının Azərbaycana daxil olan valyutada MDB ölkələrini payının kifayət qədər olması anlamına gəlir. Azərbaycan MDB ölkələri ilə həm iqtisadi, həm də ticari əlaqələri gücləndirərək daha səmərəli şəkildə qarşılıqlı faydanın əldə edilməsinə çalışır”.

Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana səfər etdiyini və səfər çərçivəsində MDB ölkələrin rəhbərləri ilə görüşünü xatırladan ekspert qeyd edib ki, Azərbaycanın Ermənistan xaric, digər qonşu, eləcə də MDB ölkələri ilə əməkdaşlığının gücləndirilməsində maraqlıdır: “Azərbaycan prezidentinin son Rusiya səfəri zamanı da investisiya qoyuluşu ilə bağlı səslənən rəqəmlər bir daha sübit edir ki, ölkəmiz Rusiya daxil olmaqla MDB dövlətləri ilə əlaqələrini genişləndirib. Bu, həm ölkənin ixracı potensialının genişləndirilməsi, həm də qeyri-neft sektorundan ölkəyə daxil olan valyutanın həcminin artırılması baxımından vacibdir”.

V. Bayramov əlavə edib ki, strateji baxımdan növbəti illərdə də MDB ölkələri qeyri-neft sektorunda Azərbaycan üçün əsas ticarət tərəfdaşı olaraq qalacaq: “Azərbaycanla MDB ölkələri arasında ticari-iqtisadi əlaqələrin ölkələrin milli maraqları çərçivəsində qarşılıqlı faydalanmasına imkan verəcək. Xüsusilə də qeyd etmək lazımdır ki, Azərbaycan torpaqlarının işğal edən digər MDB ölkəsi Ermənistanla iqtisadi münasibətlərə malik deyil. Yalnız torpaqlarımız tamamilə işğaldan azad edildikdən sonra həmin ölkə ilə gələcəkdə iqtisadi əlaqələr qurula bilər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə