Azərbaycandan 7 ayda 68 min 735 ton qara metal və onlardan hazırlanan məmulatlar ixrac olunub

Cari ilin yanvar-iyul aylarında ölkədən 68 min 735 ton qara metal və onlardan hazırlanan məmulatlar ixrac olunub.

SİA xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Hesabat dövründə ixrac edilən qara metal və onlardan hazırlanan məmulatların dəyəri 37 milyon 607 min ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin eyni dövründə 49 milyon 476 min dollarlıq 67 min 889 ton qara metal və onlardan hazırlanan məmulatlar ixrac edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə