“Neft Daşları” yatağında yeni quyu qazılır

“Neft Daşları” yatağında yeni quyu qazılır

"Neft Daşları" yatağındakı 2521 nömrəli platformadan 2522 nömrəli quyunun qazmasına başlanılıb. ARDNŞ-dan SİA-ya verilən xəbərə görə, Kompleks Qazma İşləri Trestinin "Neft Daşları" Dəniz Qazma İşləri İdarəsi tərəfindən Qala lay dəstəsinə qazılan quyunun layihə dərinliyi 1520 metrdir.

 

Geoloqların hesablamalarına görə, "Neft Daşları" NQÇİ-nin sifarişi ilə qazılan 2522 nömrəli quyudan sutkada 5 ton neft hasil olunacaq. Qeyd edək ki, 2521 nömrəli platformadan ümumilikdə 12 quyunun qazılması nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə