Avqustun 16-da Energetika nazirinin müavini Elnur Soltanov Gədəbəy şəhərində Gədəbəy və Daşkəsən rayonlarından olan vətəndaşları qəbul edəcək. Nazirlikdən SİA-ya verilən məlumata görə, qəbul saat 13:00-da Gədəbəy rayon Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti 1) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin [email protected] elektron poçt ünvanı, 598-16-53/54 (daxili 1145, 1146, 1147) nömrəli telefon (əlaqələndirici şəxs Seymur Bağbanlı), nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Gəncə filialı (əlaqələndirici şəxs Famil Əliyev, əlaqə telefonları: (050) 235 17 57, (055) 573 17 57), elektron poçt ünvanı: [email protected], [email protected]) vasitəsilə müraciət edə bilərlər.
Bununla yanaşı, vətəndaşlar Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsindəki “Qəbula yazılmaq“ bölməsi və nazirliyin facebook səhifəsi vasitəsilə qəbula yazıla bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB