Beynəlxalq Valyuta Fondu Azərbaycanda korrupsiya qarşı aparılan kampaniyanı alqışlayır

Beynəlxalq Valyuta Fondu Azərbaycanda korrupsiya qarşı aparılan kampaniyanı alqışlayır

Azərbaycanda maliyyə sistemi qlobal böhranın öhdəsindən gəlib və bu yaxınlarda rəsmi orqanlar tərəfındən nəzarətin gücləndirilməsi üçün bir sıra addımlar atılıb. Maliyyə sistemin likvidlik və kapitalizasiya səviyyəsi adekvat olsa da, özəl sektora verilən kreditlərin artım tempi aşağıdır". SİA-nın xəbərinə görə, bunu Bakıda işgüzar səfərdə olan Beynəlxalq Valyuta Fondunun (BVF) missiyasının rəhbəri Nadim İlahi keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, BVF missiyası rəsmi orqanların Azərbaycan Beynəlxalq Bankını restrukturizasiyadan sonra özəlləşdirmək niyyətini dəstəkləyir və maliyyə sabitliyinin təmin edilməsi üçün həmin bankda tənzimləmə proseslərini başlamaq üçün təcili tədbirlər görməyə çağırır.

 

BVF-nin rəsmisi hesab edir ki, qlobal ərzaq qiymətlərinin kəskin bahalaşması yüksək inflyasiyanın təsirinə ən çox məruz qalan yoxsul təbəqələr üçün əlavə ünvanlı sosial köçürmələrin ayrılmasını tələb edəcəkdir: "Bu yaxınlarda rəsmi orqanlar tərəfindən dövlət orqanlarında inhisarçılıq və korrupsiyanın qarşısmın alınması üçün aparılan kampaniya BVF missiyası tərəfındən alqışlanır. İqtisadiyyatdakı pozuntuları aradan qaldırmaq və dövlət sektorunun effektivliyini artırmaq üçün bu istiqamətdə kompleks tədbirlər həyata keçirilməlidir. BVF missiyası rəsmi orqanlara makroiqtisadi sabitliyin saxlanılması, idarəetmənin keyfıyyətinin yaxşılaşdırılması və geniş əsasda yüksək artım tempinin təmin olunmasında uğurlar arzulayır".

Bütün xəbərlər Facebook səhifəmizdə