“2011-2012-ci illərdə Azərbaycanda orta illik inflyasiyanın 5-6% təşkil edəcəyi proqnozlaşdırılır”

“2011-2012-ci illərdə Azərbaycanda orta illik inflyasiyanın 5-6% təşkil edəcəyi proqnozlaşdırılır”

Azərbaycan Mərkəzi Bankının proqnozlarına görə, 2011-ci ildə ölkədə inflyasiyanın təkrəqəmli səviyyədə qalacağı gözlənilir.


Belə ki, Beynəlxalq Valyuta Fondunun son regional hesabatına əsasən, 2011-2012-ci illərdə Azərbaycanda orta illik inflyasiyanın 5-6% təşkil edəcəyi proqnozlaşdırılır.

SİA-nın məlumatına görə, bu proqnoz Mərkəzi Bankın hazırladığı 2010-cu il üzrə Pul İcmalında əksini tapıb.

İcmalda qeyd olunur ki, bu proqnoz beynəlxalq təşkilatların proqnozları ilə uzlaşır. AMB tərəfindən aparılan Real Sektorun Monitorinqinin nəticələrinə əsasən, iqtisadiyyatda qiymət artımı gözləntilərində əhəmiyyətli artım yoxdur. Ticarət üzrə qiymət gözləntiləri indeksi hələ də mənfi zonada olmaqla azalma istiqamətindədir. Sənayedə və xidmət sektorunda bu gözləntilər aşağı sürətlə artır. Tikinti sektoru üzrə isə indeks mənfi zonadan çıxıb və neytral nöqtəyə yaxın səviyyədədir.

Bütün xəbərlər Facebook səhifəmizdə