Rumıniyada “SOCAR”-ın 43-cü yanacaqdoldurma məntəqəsi istifadəyə verildi

Rumıniyada “SOCAR”-ın 43-cü yanacaqdoldurma məntəqəsi istifadəyə verildi

Rumıniyada investisiya layihələrini uğurla həyata keçirən SOCAR, bu ölkənin iri şəhərlərində ilbəil yanacaqdoldurma məntəqəsi (YDM) şəbəkəsini genişləndirməkdə davam edir. SİA-ya verilən məlumata görə, Rumıniyada “SOCAR” brendi altında sayca 43-cü yanacaqdoldurma məntəqəsinin açılışı olub.

Ölkənin şimali-qərb regionunda, Macarıstan və Ukrayna istiqamətindəki avtomagistrallar üzərində yerləşən yeni məntəqə, bu regionda müştərilərin ixtiyarına verilən sayca ilk YDM-dir. Məntəqədə 3 sayğac və elektriklə işləyən elektromobillər üçün şarj quraşdırılıb. Burada 4 kiçik avtonəqliyyat vasitəsi və 2 iri tutumlu yük maşını eyni anda benzin və dizel yanacaqları ilə təmin ediləcəkdir. YDM ərzasindəki "Nar" kafedə müştərilərə yerli və Azərbaycan məhsulları təqdim olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Made in Azerbaijan” brendinin təbliği istiqamətindəki siyasətinə uyğun olaraq bütün məntəqələrdə Azərbaycan güşəsi yaradılmış və YDM-də ölkəmizdən gətirilən məhsulların satışı həyata keçirilməkdədir.

Xatırladaq ki, SOCAR Rumıniyanın artıq 20 regionunda - Botoşan, Suçeava, Nyamts, İaşi, Bihor, Buzau, Bakau, Vrancea, Timiş, İlfov, Kluj, Valcea, Arad, Argeş, Bistritsa-Nasaud, Hunedoara, Sibiu, Buxarest, Braşov və Satu Maredə yanacaqdoldurma məntəqəsinə malikdir.

Bütün xəbərlər Facebook səhifəmizdə