Qubad İbadoğlu: “Şəkər tozunun pərakəndə satış qiyməti ilə ölkəyə gətirilməsi qiyməti arasında 2.43 dəfə fərq var”- Açıqlama
"Yerli məhsullar qış mövsümündə adətən bahalaşır. Lakin bəzi məhsullar Azərbaycan istehlak bazarına xaricdən gətirilir və idxal mallar hesab olunur. Təbii ki, həmin şirkətlərin öz mallarının qiymətinə yenidən baxması Azərbaycana idxal olunan malların qiymətinə təsir edir. İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu SİA-ya açıqlamasında bildirib ki, bütün bu hallara baxamayaraq Azərbaycanda şəkər tozunda bahalaşmanın səbəbi tam başqadır: "Qeyd edim ki, şəkər Azərbaycana xammal kimi gətirildikdən sonra İmişlidəki şəkər zavodunda istehsal olunur. Bizim apardığımız tədqiqatlar göstərir ki, Azərbaycana şəkər tozu 28 qəpikdən daxil olur və təxminən gömrük rüsum dəyəri əlavə olunduqdan sonra 38 qəpik olur. Təəssüflər olsun ki, pərakəndə satış mərkəzlərində qiymət tam fərqlidir. Şəkər tozunun pərakəndə satış qiyməti ilə ölkəyə gətirilməsi qiyməti arasında 2.43 dəfə fərq var. Yəni bu onu deməyə əsas verir ki, müəyyən monopoliyalar, razılaşma və sövdələşmələr mövcuddur".
Qeyd edək ki, Azərbaycanda şəkər istehsal olunsa da, tələbatı ödəmədiyindən xarici dövlətlərdən də ölkəmizə məhsul gətirilir. Ölkənin şəkərə olan tələbatı 140 min tondur. Amma Azərbaycanda cəmi 36 min ton şəkər istehsal olunur. Tələbatın qalanı isə xaricdən gətirilən məhsul hesabına ödənilir. Bu məhsul əsasən Braziliya, İran, Rusiya və Finlandiyadan gətirilir.
Ərzaq məhsullarının bahalaşmasına gəlincə, Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, birillik və ikiillik bitkilərdən qarğıdalının istehsalçı qiymətləri 4,7 faiz, arpanın 0,2 faiz, noxudun 0,2 faiz, kartofun 1,7 faiz, yem bitkilərinin 1,7 faiz, baş soğanın qiymətləri 0,7 faiz, çoxillik bitkilərdən xurmanın istehsalçı qiymətləri 0,9 faiz, narın 23,2 faiz, almanın 22,7 faiz, armudun 0,6 faiz, heyvanın 0,5 faiz, şabalıdın 5,7 faiz, fındığın 8,8 faiz, qozun istehsalçı qiymətləri 0,2 faiz bahalaşıb. Bu zəmində diri heyvanlar və heyvandarlıq məhsullarından iri-buynuzlu mal-qaranın istehsalçı qiymətləri 0,3 faiz, mal ətinin (diri çəkidə) 9,0 faiz, inək südünün 0,7 faiz, camış südünün 0,9 faiz, ana qoyunun 1,2 faiz, qoyun ətinin (diri çəkidə) 0,3 faiz, keçinin 3,3 faiz, donuz ətinin (diri çəkidə) 25,5 faiz, diri qazların 28,9 faiz, yumurtanın qiymətləri 1,4 faiz bahalaşıb.
Hökumətin korrupsiyaya qarşı mübarizəsinə gəlincə ekspert hesab edir ki, fəaliyyət olan yerdə nəticə mütləq əldə olunacaq: "Artıq nəticələr var. Müəyyən istiqamətlərdə rüşvət vermə və rüşvət alma hallarının demək olar ki, qarşısı alınıb. Təbii ki, mən bunu müsbət qiymətləndirirəm. Eyni zamanda hökumət tərəfindən başlanan bu təşəbbüsə ictimaiyyət də qoşulmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB