Gürcüstanın xarici borcu artıb Milli Bankı hesabatı

Gürcüstanın xarici borcu artıb Milli Bankı hesabatı

Bu ilin birinci rübündə Gürcüstanın ümumi xarici borcu 10,2 milyon ABŞ dolları artıb. SİA-nın verdiyi məlumata görə, bu barədə Gürcüstan Milli Bankının hesabatında bildirilir.

Hesabatda qeyd olunub ki, 31 mart 2019-cu il tarixinə olan göstəriciyə görə, Gürcüstanın cəmi xarici borcu 17,8 milyard dollara bərabər olub. Ölkənin ümumi xarici borcunun 5,4 milyard dolları dövlət sektorunun payına düşüb.

Hesabat dövründə Gürcüstan Milli Bankının xarici borcu 7,2 milyon dollar artıb. Cari ilin birinci rübünün sonunda Milli Bankın ümumi borcu 376,4 milyon dollar təşkil edib. Bunun 200,2 milyon dolları Gürcüstanın Beynəlxalq Valyuta Fondunun üzvü olanadək ödəmə müddəti və faktiki olaraq heç bir ödəmə öhdəliyi olmayan xüsusi kredit haqqı olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə