Azərbaycan 2166 adda məhsulu dünya bazarına çıxarır

Azərbaycanın cari ilin yanvar-may aylarında qeyri-neft ixracı ötən ilin analoji dövrü ilə müqayisədə 17,8% çox olub. SİA xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) fəaliyyəti ilə bağlı təşkil edilmiş mətbuat konfransında bildirib.

“Cari ilin ilk 5 ayında kənd təsərrüfatı məhsullarının ixracı 37,6%, qeyri-neft sənayesi məhsullarının ixracı isə 15,6% artırıb. Azərbaycan 2 166 adda məhsulu dünya bazarına çıxarır”, - deyə nazir müavini qeyd edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə