Mərkəzi Bank qızıl xatirə sikkəsi buraxacaq

Mərkəzi Bank qızıl xatirə sikkəsi buraxacaq

Mərkəzi Bank tərəfindən Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü ilə əlaqədar olaraq qızıl xatirə sikkəsi buraxılacaqdır. Mərkəzi Bankın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, sikkənin buraxılması ölkə başçısının "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" Sərəncamına əsasən həyata keçiriləcəkdir.

Bununla bağlı xatirə sikkəsinin dizaynının yaradılması məqsədilə Mərkəzi Bank tərəfindən 10 mart 2011-ci il tarixinədək ölkədaxili müsabiqə keçiriləcək, qalibə 2000 manat məbləğində pul mükafatı veriləcəkdir.

Təqdim olunacaq eskizlərin qiymətləndirilməsi və qalibin müəyyən edilməsi münsiflər heyəti tərəfindən aparılacaq, qalib gəlmiş eskiz əsasında qızıl xatirə sikkəsinin dizaynı hazırlanacaqdır.

Müsabiqənin elanı Mərkəzi Bankın internet səhifəsində yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə