Misirdəki hadisələrin Azərbaycan bank sektoruna heç bir təsiri olmayacaq
Misirdə baş verən hadisələrin və bu ölkədə bankların fəaliyyətinin dayanmasının Azərbaycanın bank sektoruna təsiri olmayacaq. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) idarə heyətinin sədr müavini Vadim Xubanov bildirib.
Onun sözlərinə görə, Azərbaycan banklarının əsas bank əməliyyatları üzrə Misir bankları ilə aktiv müxbir əlaqələri yoxdur: "Məndə olan məlumata görə, Azərbaycan banklarının Misirlə müxbir hesabları üzrə əsas əməliyyatları o qədər də fəal deyil, ona görə də ciddi problem gözləmirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB