"Azərbaycan qazının Yunanıstana Türkiyənin vasitəçiliyi olmadan nəqlinə imkan verən yeni sazişin imzalanması barədə razılığa gəlinib". SİA-nın xəbərinə görə, bunu Azərbaycan sənaye və energetika naziri Natiq Əliyev iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Yunanıstan hökumətlərarası komissiyasının üçüncü iclasından sonra keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, hazırda Yunanıstana Türkiyə və Yunanıstan tərəfləri arasında imzalanmış müqavilə əsasında ildə 700 milyon kubmetr həcmində Azərbaycan qazı göndərilir: "Lakin bu müqavilənin birbaşa olaraq Azərbaycan və Yunanıstan arasında yenidən bağlanması haqqında qərar qəbul edilib. Yeni müqavilə hələ ki, ildə təyin olunmuş 700 milyon kubmetr qaz həcminə aid edilir. Gələcəkdə nəticələrdən asılı olaraq nəql həcminin artırılması məsələsinə baxıla bilər".
Qeyd edək ki, bu gün Bakıda iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə Azərbaycan-Yunanıstan birgə hökumətlərarası komissiyanın üçüncü iclası keçirilib. İclasın yekunu olaraq iki ölkə arasında təhsil, nəqliyyat, mədəniyyət və turizm, rabitə və informasiya, səhiyyə, gömrük və gəmiçilik sahələri üzrə protokol imzalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB