“Azeri Light”ın bir barreli 72,73 dollara satılır

“Azeri Light”ın bir barreli 72,73 dollara satılır

Azərbaycan neftinin qiymətində dəyişiklik müşahidə edilib.

SİA xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 72,73 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə