Bu il sənaye parklarına 540 milyon manat investisiya yatırılıb

Bu il sənaye parklarına 540 milyon manat investisiya yatırılıb

Cari ilin birinci rübündə ölkədə fəaliyyət göstərən sənaye parklarına 540 milyon manat investisiya yatırılıb.
SİA xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov mayın 1-də Kiçik və Orta Biznes Evi layihəsinin təqdimatı ilə bağlı keçirilən tədbirdə deyib.

O qeyd edib ki, indiyədək sənaye parklarına 60 rezident tərəfindən yatırılan investisiyanın həcmi 3 milyard dollar təşkil edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə