"Azərbaycanda maliyyə şokları yaşanmamalıdır"

"Azərbaycanda maliyyə şokları yaşanmamalıdır"

“Bizim üçün vacib olan maliyyə nəzarətidir. Azərbaycanda maliyyə şokları yaşanmamalıdır. Bilirsiniz ki, bir müddət öncə, Beynəlxalq Bank məsələsində bunun şahidi olduq”. SİA-nın xəbərinə görə, bunu Mətbuat Şurasının sədri, deputata Əflatun Amaşov Milli Məclisin plenar iclasında Hesablama Palatasının 2018-ci ildəki fəaliyyəti haqqında hesabat müzakirəsi zamanı deyib.

O qeyd edib ki, bir sıra hallarda Hesablama Palatasının təklifləri aidiyyatı qurumlar tərəfindən nəzərə alınmır: "Belə olsaydı, bu cür hallar hesabata daxil edilməzdi. Bu da məsuliyyət hissi ilə bağlıdır. Necə edək ki, bu məsuliyyətsizlik aradan qaldırılsın? Onlar hesabatda göstərilən səhvlərini təkrarlamamalıdırlar. Bunu etməsək, inanmıram ki, Hesablama Palatası təklifləri, araşdırmaları öz faydasına verə biləcək”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə