Neft bahalaşır

Neftin qiyməti dünya birjalarında bahalaşmaqda davam edir. SİA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,30 dollar artıb və nəticədə 70,64 dollar həddində olub.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,28 dollar bahalaşıb və 63,36 dollar təşkil edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə