Yanvar-fevral aylarında 65,5 milyon manatlıq tikinti materialı istehsal edilib

Yanvar-fevral aylarında 65,5 milyon manatlıq tikinti materialı istehsal edilib

Bu ilin yanvar-fevral aylarında Bakıda tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilən məhsulun ümumi dəyəri əvvəlki ilin eyni aylarına nisbətən sabit qiymətlərlə 14,2 faiz artaraq 65,5 milyon manat olub.

SİA Bakı Şəhər Statistika İdarəsinin məlumatına istinadən xəbər verir ki, hörmə üçün hazır beton qarışığının istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 33,2 faiz, sementin istehsalı isə 33,7 faiz artıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə