"Diqlas"dakı sahibkarlara daha bir güzəşt

"Diqlas"dakı sahibkarlara daha bir güzəşt

“Yanğın baş vermiş ərazidə “Diqlas 1” və “Diqlas 2” Ticarət mərkəzləri var. İlkin məlumata görə, “Diqlas 1”də, təxminən 60, “Diqlas 2”də isə 111 mağaza olub”. SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

İqtisadiyyat nazirinin sözlərinə görə, ötən gün yaradılmış İşçi Qrupunun əsas vəzifələrindən biri də bu rəqəmləri tam dəqiqləşdirməkdir.

Nazir həmçinin qeyd edib ki, sahibkarlardan ticarət mərkəzində iş bərpa edildikdən sonra 4-5 ay icarə haqqı alınmayacaq. Bundan sonra isə onlar digər iş adamları ilə müqayisədə uzun müddət 20% az icarə haqqı ödəyəcəklər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə