Sıxılmış qazla işləyən avtobuslar 5 il ƏDV-dən azad olunacaq

Sıxılmış qazla işləyən avtobuslar 5 il ƏDV-dən azad olunacaq

"2020-ci ildən etibarən sıxılmış qazla işləyən avtobuslar 5 il müddətinə ƏDV-dən azad olunacaq". SİA-nın məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Gömrük dəyərləndirilməsi şöbəsinin rəisi Vüqar Əhmədov jurnalistlər üçün təşkil edilən təlimdə deyib.

Şöbə rəisi bildirib ki, hazırda paytaxtda istifadə olunan "BakuBus" avtobusları sıxılmış qazla işləyir: "Bu ilin mart ayının 8-dən isə sıxılmış qazla hərəkətə gətirilən, məxsusi olaraq hava limanlarında istifadə olunan avtobuslar və sıxılmış qazla hərəkətə gətirilən tibbi məqsədlə istifadə olunan avtobuslar idxal gömrük rüsumundan azad olunub".

Bütün xəbərlər Facebook səhifəmizdə