Deputat: "Yolda, bazarlarda mənşəyi bilinməyən balıqlar satılır"

Deputat: "Yolda, bazarlarda mənşəyi bilinməyən balıqlar satılır"

Deputat Cavanşir Paşazadə Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında çıxış edərkən mənşəyi bilinməyən balıq satışının qanuniləşdirilməsini müsbət qiymətləndirib. O bildirib ki, yolda, bazarlarda satılan balıqların mənşəyi bilinmir: “Balıqların necə və harada saxlandığı, onların qidalanmasında hansı qidalardan istifadə olunması bilinmir. Bu baxımdan “Balıqçılıq haqqında” qanunda bu məsələlərin nəzərdə tutulması müsbət haldır”.

Deputat Eldar Quliyev komitənin iclasında çıxış edərkən ətraf mühitin qorunması məsələsinə diqqət çəkərək söyləyib ki, bu işdə məsuliyyət hər kəsin üzərinə düşür: “Ətraf mühitin çirklənməsinin qarşısınıa dair hər birimiz çalışamlıyıq. Azərbaycanın təbiəti gözəldir, o qorunmalı, saxlanmalıdır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə