64 yaşlı Masallı sakini yetişdirdiyi quşları internet vasitəsilə satır

64 yaşlı Masallı sakini yetişdirdiyi quşları internet vasitəsilə satır

Masallı rayonun Kolatan kənd sakini Etibar Sadıqlı uzun illər kənd təsərrüfatı ilə məşğul olsa da, son 2 ildə qırqovul və bildirçin saxlamağa qərar verib. SİA-nın məlumatına görə, hazırda onun quşçuluq təsərrüfatında 300-ə qədər qırqovul, 1000-ə yaxın bildirçin var. Qırqovullar Qafqaz və Rumın, bildirçinlər isə yerli sortdur. Etibar Sadıqlı deyir ki, əti müalicəvi əhəmiyyət daşıyan bildirçinə nisbətən qırqovul saxlamaq çətindir. Amma hər iki növ quşlar xəstəliyə, soyuğa davamlıdırlar.

Təsərrüfat sahibin sözlərinə görə, bu sahə həm də gəlir gətirən sahədir. Azərbaycanın hər yerindən ona sifariş gəlir. Maraqlısı ondadır ki, 64 yaşlı kənd sakini sifarişlərin qəbulunu və satışını internet üzərindən də həyata keçirir. Qiymətlərə gəldikdə isə, qörqovulun cütünü 70-80 manata, bildirçinin cütünü isə 1 manata satdığını bildirir.

Qeyd edək ki, 1 bildirçin 300-dən yuxarı yumurta qoyur. Yumurta inkubatora qoyulduqdan 16 gün sonra bala çıxarır. Etibar Sadıqlı 1001 dərdə dərman olduğunu deyilən bildirçin və qırqovulun sayını artırmaq və xarici bazarlara çıxarmağı planlaşdırır.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə